Bakıda ağır cinayətlərin sayı artıb - STATİSTİKA

   Bakıda ağır cinayətlərin sayı artıb -    STATİSTİKA
  22 Yanvar 2022    Oxunub:1250
2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb. AzVision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə 2252 hadisə, yəni 21,4% artım müşahidə edilib.
Bildirilib ki, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur.

Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub.

AzVision.az

Teqlər: Cinayət  







Xəbər lenti