Bakı prokuroru narkotiklə bağlı cinayətlərin artmasından narahatdır

   Bakı prokuroru narkotiklə bağlı cinayətlərin artmasından narahatdır
  22 Yanvar 2022    Oxunub:780
2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olub ki, bu ötən illə müqayisədə 5,4% artıb. AzVision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov deyib. Onun sözlərinə görə, Bakı şəhəri ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.
Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınıb ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir".

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti