“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq

“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq
  22 Yanvar 2022    Oxunub:8902
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyilə hər həftənin şənbə və bazar günləri “Avto FM” radiosunda (107.7) yayımlanan AzerNyuMedia Şirkətinin “Cinema Radio” Kino Radio Kanalının III ənənəvi “Müasi Audiovizual Baxış” Mükafatı təqdim olunacaq.
İlk dəfə 2019-cu ildə təqdim olunan mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə verilir. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub.

“Cinema Radio” Kino Radio Kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir 26 yanvar saat 16.00-da “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin Gənclik Mall-da yerləşən kinoteatrında keçiriləcək. Təqdimetmə mərasimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin dəstəyilə ilə keçiriləcək.

Mərasimdə həmçinin Azərbaycan filmlərindən “soundtrack”lər səslənəcək. Tədbirin sponsoru “Azman Holdinq” şirkətidir.


Teqlər: Mədəniyyət  







Xəbər lenti