Cəlilabadda şadlıq sarayının sahibi həbs olunub

Cəlilabadda şadlıq sarayının  sahibi həbs olunub
  22 Yanvar 2022    Oxunub:424
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.
AzVision.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

AzVision.az

Teqlər: Cəlilabad   Şadlıq-sarayı  







Xəbər lenti