Səbail və Nəsimi rayonlarıda mağazalardan oğurluq edən şəxslər tutulub

Səbail və Nəsimi rayonlarıda mağazalardan oğurluq edən şəxslər tutulub
  22 Yanvar 2022    Oxunub:748
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 500 manat məbləğində pul və 118 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birindən 300 manat məbləğində pul və 70 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini F.Quliyev yaxalanıb.

Faktlarla bağlı təhqiqat davam edir.

AzVision.az



Teqlər: Oğurluq   Mağaza  





Xəbər lenti