Mingəçevirdə ana və uşaqları dəm qazından zəhərləniblər, ölən var

   Mingəçevirdə ana və uşaqları dəm qazından zəhərləniblər, ölən var
  22 Yanvar 2022    Oxunub:1001
Mingəçevir şəhərində 7 yaşlı qız vanna otağında boğularaq ölüb, 10 yaşlı bacısı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, hadisə şəhərin Energetikər adlanan yaşayış massivində yerləşən evlərin birində qeydə alınıb.

1990-cı il təvəllüdlü A.Şirinova 7 və 10 yaşlı qızlarını içərisi yarıya qədər suyla dolu vannada çimizdirən zaman anidən huşunu itirərək yıxılıb. Yaxınları vanna otağına daxil olan zaman qadının yerdə, 10 yaşlı uşağın isə vannada huşsuz vəziyyətdə olduğunu, 7 yaşlı qızın isə suyun içərisində boğulduğunu görüblər. Onlar yaxınları tərəfindən xəstəxanaya aparılıb. Lakin 7 yaşlı qızın öldüyü məlum olub.

Qadına həkimlər tərəfindən tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. On yaşlı qızın isə vəziyyəti qənaətbəxşdir, hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, onların vanna otağında dəm qazından zəhərləndiyi, qadın və uşaqlarının bu səbəbdən huşlarını itirdiyi, huşu özündə olmayan 7 yaşlı qızın isə suda boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Dəm-qazı   Zəhərlənmə  





Xəbər lenti