Qubada 61 yaşlı kişinin meyiti tapıldı

Qubada 61 yaşlı  kişinin meyiti tapıldı
  23 Yanvar 2022    Oxunub:1037
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-nin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Hüseynov Qabil Nəsib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: Quba   Meyit   FHN  





Xəbər lenti