KVN komandası “Şuşa” adı ilə çıxış edəcək - Müşfiq Abbasovdan növbəti açıqlama

 KVN komandası “Şuşa” adı ilə çıxış edəcək -  Müşfiq Abbasovdan növbəti açıqlama
  23 Yanvar 2022    Oxunub:929
Prodüser Müşviq Abbasovun rəhbərliyi ilə Soçidə çıxış edən Azərbaycanın yeni KVN komandası yenidən “Şuşa” adını özünə qaytarıb.
Xatırladaq ki, komanda Soçidə keçirilən "Kivin" festivalında çıxış edərək ikinci mərhələyə adlayıb. Lakin ikinci tur başlamamış komandanın gözlənilmədən adını dəyişərək “Buta” olması sosial şəbəkə istifadəçilərinin kəskin tənqidinə səbəb olub.

Komandanın prodüseri Müşviq Abbasovun verdiyi məlumata görə, ilk turda uğurlu çıxışından sonra AMİK-in prezidenti Aleksandr Maslyakovun rəhbərlik etdiyi münsiflər heyəti komandanın “Şuşa” adı ilə davam edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Bundan sonra komanda adını dəyişərək “Buta” qoyub. Amma ikinci turdan sonra Aleksandr Maslyakovla danışıqlar nəticəsində komanda keçmiş adını özünə qaytarıb.

“Biz razılaşdıq ki, tamaşanı yalnız əvvəlki adla davam etdirək. Komanda “Şuşa” adını saxlayıb və bundan sonra KVN-nin Sankt-Peterburq Liqasında bu adla çıxış edəcək”, - Müşviq Abbasov vurğulayır.( virtualaz.org)

AzVision.az

Teqlər:







Xəbər lenti