"Ötən il ərzində 17 risk profili deaktiv edilib" - Səfər Mehdiyev

"Ötən il ərzində 17 risk profili deaktiv edilib" -  Səfər Mehdiyev
  23 Yanvar 2022    Oxunub:954
XİF Mal Nomenklaturası üzrə mal kodlarının və malların gömrük dəyərinin düzgün bəyan olunmaması nəzərə alınmaqla hazırlanan profillər təhlil olunub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tvitterdəki hesabında yazıb.

"Nəticədə ötən il ərzində 17 risk profili deaktiv edilərək 44 yeni risk profili sistemə əlavə edilib."- o qeyd edib

Səfər Mehdiyev qeyd edib ki, ötən il ərzində risk göstəriciləri əsasında toplam 671 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar edilərək nəticədə 10.653.683,97 manatın dövlət büdcəsinə ödənilməsi təmin olunub.

AzVision.az




Teqlər: DGK  





Xəbər lenti