Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  23 Yanvar 2022    Oxunub:739
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə 22 586 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 422 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 272, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 444 təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti