Qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
O, bildirib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapır.
"Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər.
Təbii ki, yol hərəkəti qaydaları, eləcədə qanunla qorunan digər hüquq və öhdəliklər müzakirə edilmədən yerinə yetirilməli, bununla da qanunun aliliyi təmin edilməlidir", - deyə V. Əsədov bildirib.
Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis İdarələrinin və Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə əlavə tədbirlər planı çərçivəsində gücləndirilmiş qaydada prosesə start verib.
"Qeyri-qanuni parkinq ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən çəkinsin! Əks halda polis müvafiq tədbirlər görəcək.
Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaq. Odur ki, qeyri-qanuni parkinq yeri yaradaraq hüquqi və ya fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaq. Polislə hər hansısa formada mübahisə yaradan və müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa cəhd edən şəxslərə bir daha bu əməllərdən çəkinməyə çağırırq".
AzVision.az
Teqlər: