"Armen Sarkisyan Paşinyanın planlarını pozdu" - Politoloq
Onun fikrincə, Sarkisyan qəfil istefası ilə Nikol Paşinyanın planlarını alt-üst edib:
"Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra prezident Armen Sarkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, “səlahiyyət məndə olsaydı, nəticə fərqli olardı”. Ən maraqlısı odur ki, Armen Sarkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma.
Armen Sarkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Armen Sarkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sarkisyanın qəfil istefasından sonra Paşinyan Kontsusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasının lehinə olmayacaq".
Qeyd edək ki, bu gün axşam saatlarında Ermənisan Prezidenti Armen Sarkisyan istefa verib. O istefasını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Sarkisyan bildirib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil.
AzVision.az
Teqlər: