"Müharibədən sonrakı reallıqlar və media" mövzusunda təlim keçirilir
Açılışda çıxış edən BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib ki, əsas məqsəd milli media məkanında çalışan, beynəlxalq münasibətlər istiqamətində xəbərlər hazırlayan, münaqişə və postmünaqişə barədə materiallar hazırlayan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Belə təlimlərin tez-tez keçirilməsinin planlaşdırıldığını vurğulayan F.Şəfiyev deyib ki, media məkanında hazırkı vəziyyətlə, postmünaqişə dövrü ilə bağlı istintaq, araşdırma xarakterli materialların dərc olunmasına ehtiyac var, bu istiqamətdə materiallar azdır.
O deyib ki məqsəd Azərbaycan səsinin beynəlxalq aləmdə daha yaxşı eşidilməsinə nail olmaqdır: "Media nümayəndələri beynəlxalq qurumlarla, səfirliklərlə sıx işləməli, həqiqətlərin dünyaya çatdırılmasında daha fəal olmalıdırlar. Jurnalistlər məzmun yaratmalıdırlar. Məqsədimiz odur ki, beynəlxalq münasiblər çərçivəsində əlaqələri daja da inkişaf etdirək, Azərbaycanın səsi beynəlxalq aləmdə daha yaxşı eşidilsin. Bu mənada araşdırma xarakterli yazıların sayı artırılmalıdır".
Daha sonra Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çıxış edib. O bildirib ki, jurnalistlərin postmünaqişə dövründə obyektiv reallıqları çatdırması vacibdir. Agentlik rəhbəri medianın müharibə dövründə fəaliyyətinə toxunub. O bildirib ki, Vətən müharibəsi dövründə jurnalistlər həm öz qələmlərinə, həm də silaha sarılmışdılar.
"İndiki dövrdə medianın üzərinə daha çox vəzifə düşür, həm jurnalist araşdırmalarına, xarici dildə yazılan məqalələrə ehtiyac var. Beynəlxalq münasibətlər sahəsində də, sahəvi jurnalistlərə də ehtiyacımız var", - Əhməd İsmayılov bildirib.
O deyib ki, reallıqların və obyektivliklərin çatdırılmasında jurnalistlərin rolu önəmlidir: "Xarici ekspertlərin və mütəxəssislərin dəvət olunması və belə təlimlərin davam etdirilməsini istəyirik. Münaqişədən sonrakı reallıqların çatdırılması üçün medianın fəaliyyəti güclənməlidir."
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Müharibə







Vaxtında, Aydın, Lazımlı!


