Ötən il 10 943 şəxsə Amnistiya tətbiq edilib

   Ötən il 10 943 şəxsə Amnistiya tətbiq edilib
  24 Yanvar 2022    Oxunub:650
Ötən il ərzində 10 943 şəxs barəsində Amnistiya aktı tətbiq edilib.
AzVision.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir. Belə ki, hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib.

AzVision.az


Teqlər: Amnistiya  





Xəbər lenti