Təqsirləndirilən şəxslərin xaricdəki əmlakları müsadirə ediləcək

   Təqsirləndirilən şəxslərin xaricdəki əmlakları müsadirə ediləcək
  24 Yanvar 2022    Oxunub:698
Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb.
AzVision.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

Baş prokuror qeyd edib ki, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb.

AzVision.az


Teqlər: Əmlak   Baş-Prokurorluq  



Xəbər lenti