Bu balıq xərçəng yaradır

Bu balıq xərçəng yaradır
  25 Yanvar 2022    Oxunub:2071
Duzlu balıq xərçəng riuskini xeyli artırır. AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın "Express" nəşri məlumat yayıb.
Məşhur tibb mütəxəssisi Hüseyn Abdeyə istinad edən nəşr insanları maksimum dərcədə belə qidalardan qaçmağı məsləhət görüb.

- Abde insanlara duzlu balıq yeməməyi məsləhət görüb, çünki bu, xərçəngə səbəb olur. Belə dəniz məhsulları Cənub-Şərqi Asiya ölkələrində daha çox məşhurdur. Bu bölgədə duzlu balıqları tez-tez yeməklərə və ya bişmiş düyülərə əlavə edərək istifadə olunur. Hot-doqlar, emal edilmiş ət və salami tək o da 1-ci kateqoriya kanserogen qida kimi təsnif edilir, - məqalədə yazılıb.

Abdenin sözlərinə görə, balığın duzla konservasiya edilməsi bu məhsullarda xərçəng ehtimalını artıran əlavə maddələrin əmələ gəlməsinə gətirib çıxarır.

Ümumiyyətlə isə həkimlər hər hansı duzlu, marinə edilmiş və hisə verilmiş qida məhsulunun mədə, yoğun bağırsaq xərçənginin inkişaf riskini xeyli artırdığını deyirlər. Tibb mütəxəssisləri məsləhət görürlər ki, mümkün qədər belə yeməklərdən uzaq durmaq lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti