Müdafiə nazirinin İrana səfəri başlayıb

   Müdafiə nazirinin İrana səfəri başlayıb
  25 Yanvar 2022    Oxunub:542
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Z. Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

AzVision.az


Teqlər: MN  





Xəbər lenti