"Rusiya 102-ci hərbi bazanı Gümrüdən çıxarır" - Ermənistan mətbuatı

   "Rusiya 102-ci hərbi bazanı Gümrüdən çıxarır" -    Ermənistan mətbuatı
  25 Yanvar 2022    Oxunub:2604
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası yaxın illərdə fəaliyyətini dayandıra bilər. AzVision.az xəbər verir ki, bu barədə məşhur “Joğovurd” nəşri məlumat yayıb.
Məqalə müəllifi iddia edir ki, İrəvanın Türkiyə ilə münasibətləri yoluna qoymasından sonra sərhəddə hansısa əcnəbi hərbçilərin dayanmasına ehtiyac yaranmayacaq.

İrəvanda rəzalət: Baş prokuror vətəndaşlıq üçün Rusiyaya müraciət edib
- Artıq Moskvada türk və erməni xalqını təmsil edən xarici işlər nazirlərinin görüşü ilə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi həm də tikanlı məftillərlə təchiz edilmiş və xüsusi qaydada silahlandırılmış sərhədlərin aradan qaldırılmasını nəzərdə tutur. Şirak bölgəsindən davamlı olaraq narahat doğuran məlumatlar gəlir ki, əgər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində hər şey qaydasında getsə, o zaman Gümrüdəki 102-ci hərbi bazanın yaxın vaxtlarda bölgədən çıxarılması mümkün olacaq. Çünki orada belə bir xüsusi hərbi hissəyə ehtiyac qalmayacaq, - məqalədə yazılıb.

"Joğovurd" xatırlatma edir ki, 2010-cu ildə imzalanan məlum razılşamaya əsasən Ermənistan-Rusiya qoşunlarının birləşməsi haqqında saziş çərçivəsində rusların Gümrüdəki hərbi bazasının bölgədə 2044-cü ilə qədər qalmaq hüququ var.

- Biz Şirak qubernatoru Nazeli Bağdasaryanla bu məsələni müzakirə etməyə çalışdıq. Qubernator belə bir halın baş verməsi ehtimalının olub- olmaması ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etməyə məsləhət gördü. Amma o belə 2010-cu ildə imzalanmış həmin tarixi sənədi xatırlatdı. Qeyd edək ki, Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevin imzaladığı protokola əsasən, sənəddə nəinki bazanın müddəti müəyyən edilib, həm də Rusiya tərəfi üzərinə İrəvanın hərbi təhlükəsizliyini birgə təmin etmək və Ermənistan silahlı qüvvələrinə müasir silahlarla dəstək vermək öhdəliyini də götürüb.

Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Hərbi-Baza  





Xəbər lenti