Hava dəyişəcək: Külək əsəcək, qar yağacaq
U.Tağıyevanın sözlərinə görə, Türkiyə ilə müqayisədə hava şəraiti Azərbaycanda daha yumşaq formada özünü göstərəcək: “Yanvarın 27-si günün ikinci yarısında axşama doğru rayonlarda və paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20 olacaq, arabir 23-25 m/s-dək olacaq. Yanvarın 28-də gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların kəsilməsi isə yanvarın 28-i axşama doğru gözlənilir. Sonrakı iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.
Aytən Zəhra
AzVision.az