Bakı sakinini döyərək öldürən şəxs həbs olunub

Bakı sakinini döyərək öldürən şəxs həbs olunub
  25 Yanvar 2022    Oxunub:575
Yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib, nəticədə o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti