Xəzərdə niyə nəhəng nərə balıqlarına rast gəlinmir?

Xəzərdə niyə nəhəng nərə balıqlarına rast gəlinmir?
  25 Yanvar 2022    Oxunub:1233
İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığına (beluqa) rast gəlinib. Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq, bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov AzVision.az -a bildirib ki, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa, üstünlük təşkil edir. Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır.

O diqqətə çatdırıb ki, Ural çayında təbii şərait saxlanılıb, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilir: “Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmir”, - deyə tədqiqatçı qeyd edib.

AzVision.az


Teqlər: Nərə-balığı  





Xəbər lenti