Ortopedik əməliyyat olunan qazilərin sayı açıqlanıb

Ortopedik əməliyyat olunan qazilərin sayı açıqlanıb
  25 Yanvar 2022    Oxunub:285
“Ortoped və travmatoloqlarımız İkinci Qarabağ müharibəsində ağır yaralanan qazilərimizi daim nəzarətdə saxlayırlar”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert, travmatoloq İlqar Qasımov deyib. O bildirib ki, ötən müddət ərzində onlar üzərində 264 əməliyyat həyata keçirilib: “Bundan əlavə, 27 ildən sonra bağırsaqlarından güllə yarası almış Birinci Qarabağ müharibəsi veteranını əməliyyat etdik. Çox ciddi və mürəkkəb əməliyyat oldu, çünki xeyli vaxt keçmişdi və yoluxucu ağırlaşmaların inkişafı üçün potensial risk faktorları çox yüksək idi”.

O qeyd edib ki, hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alınır:

“Bu müraciətləri təxminən 4 qrupa bölmək olar. Birinci qrup yalançı oynaqlarla (psevdoartroz - bitişməyən siniq) bağlı müraciətlərdir. Güllə yarası (müştərək ətrafın travması) olanda qidalanma pozulur, damarlar zədələnir və termik yanıqlar olur. Psevdoartroz, adi sınıqlardan fərqli olaraq, sümük daha gec bitişir. Hətta elə hallar olur ki, yalançı oynaqlar əmələ gəlir. İkinci hal sıxılma sindromu (kompartment sindromu) nəticəsində xəstələrdə paralitik vəziyyətlər (periferik sinir sisteminin zədələnməsi), xüsusən də xəstənin biləklərin və dabanlarının reflekslərinin enməsi ilə bağlıdır. Bu xəstələr əlbəttə ki, uzunmüddətli ortopedik yardıma ehtiyacı olan xəstələrdir.

Üçüncü qrupa uzun borulu sümüklərin, xüsusən də aşağı ətrafların defektləri aiddir Müsahibələrimin birində qeyd etmişdim ki, Vətən müharibəsi qazisinin 24 santimetrlik sümük defekti aradan qaldırılıb. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri səthi bərpa olunub. Ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Bu, kifayət qədər uzun prosesdir, çünki gün ərzində sümükdə cəmi 1 millimetrə qədər bərpa prosesi gedir.

Xəstələrin sonuncu qrupu güllə yaralarından sonra oynaqdaxili sınıqları olan xəstələrdir. Bunlar əsasən iri oynaqların (bud-çanaq və diz oynaqlarının) sınıqlarıdır. Təbii ki, artikulyar səthin hər hansı zədələnməsi, xüsusən də güllə yarası oynaqların invalizasiyasına və kontrakturasına səbəb olur (xroniki ağrı sindromu)”.

AzVision.az

Teqlər: Qazi   Əməliyyat  







Xəbər lenti