Hava pisləşəcək, bəzi yerlərdə qar yağacaq - Xəbərdarlıq

   Hava pisləşəcək, bəzi yerlərdə qar yağacaq -    Xəbərdarlıq
  25 Yanvar 2022    Oxunub:893
Azərbaycan hava şəraiti pisləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, yanvarın 27-si gündüzdən 28-i səhədərək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu 2-6° isti olacaq.

Azərbaycanın rayonlarında isə yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.

AzVision.az



Teqlər: Hava   Qar  





Xəbər lenti