Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb

   Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb
  25 Yanvar 2022    Oxunub:822
2021-ci il üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2591,2 mln. kVt·st, ixracı 289,6 mln. kVt·st, idxalı 10,5 mln. kVt·st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 201,4 mln. kVt·st, ixrac 127,9 mln. kVt·st artıb, idxal isə 0,2 mln. kVt·st azalıb.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə, 2021-ci ilin yanvar-dekabr aylarında isə respublikada (əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan təsərrüfat subyektləri də daxil olmaqla) ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2044,8 mln. kVt·st artaraq 27856,0 mln. kVt·st olub. Hesabat dövründə 2020-ci ilin 12 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1840,5 mln. kVt·st artaraq 26238,8 mln. kVt·st, SES-lərdə 207,9 mln. kVt·st artaraq 1277,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,6 mln. kVt·st azalaraq 339,9 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 91,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 55,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

İl ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25038,0 mln. kVt·st (İES-lərdə 23905,0 mln. kVt·st, SES-lərdə 1133,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451,0 mln. kVt·st (İES-lərdə 269,5 mln. kVt·st, SES-lərdə 130,3 mln. kVt·st, GES-də 51,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2300,9 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1677,1 mln. kVt·st olmaqla, 2020-ci illə müqayisədə 526,4 mln. kVt·st, elektrik enerjisinin idxalı isə 151,5 mln. kVt·st olmaqla, 2020-ci ilə nisbətən 15,0 mln. kVt·st artıb.



AzVision.az


Teqlər: Enerji  





Xəbər lenti