Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb

   Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb
  25 Yanvar 2022    Oxunub:926
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, Azərbaycan müdafiə naziri İrana ikigünlük səfəri çərçivəsində yüksəkrütbəli hərbi və siyasi rəsmilərlə görüşəcək.

Səfərin əsas məqsədləri birgə hərbi təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsidir.

AzVision.az


Teqlər: İran   Azərbaycan  





Xəbər lenti