Dövlət qurumlarının sosial şəbəkələrdə aktivliyi - TƏHLİL

   Dövlət qurumlarının sosial şəbəkələrdə aktivliyi -    TƏHLİL
  26 Yanvar 2022    Oxunub:1424
Media Təhlil Mərkəzi 2021-ci ildə dövlət qurumlarının sosial şəbəkələrdə aktivliyi, izləyici sayı və postlarının təhlilini aparıb.
Təhlilə əsasən, dekabr ayında 26 dövlət qurumu arasında “Facebook” sosial şəbəkəsində ən çox izləyici sayına malik dövlət orqanlarının ilk beşliyində ASAN xidmət, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi, son beşlikdə isə Maliyyə Nazirliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Reklam Agentliyi və Energetika Nazirliyi qərarlaşıb.



“Facebook”da izləyicilərin ümumi sayına görə ilk beşlikdə qərarlaşan qurumlar arasında fevral ayı ilə müqayisədə dekabrda izləyici sayını ən çox artanlar 0,4 faiz göstərici ilə müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi olub. Ümumi izləyici sayına görə dördüncü və beşinci yerlərdə qərarlaşmış bu dövlət orqanlarından fərqli olaraq, izləyicilərinin ümumi sayına görə birinci yerdə qərarlaşmış ASAN xidmətin izləyicilərinin sayı isə çox cüzi - 0,003 faiz artıb. İkinci yerdə olan Müdafiə Nazirliyinin izləyicilərinin sayı isə fevral ayından dekabr ayına qədər olan müddətdə 0,1 faiz azalıb. Bu dövrdə son beşlikdə qərarlaşan dövlət qurumlarının izləyici sayında isə yalnız artım müşahidə olunub. Son beşlikdəki dövlət qurumları arasında ən çox izləyicisini 1,4 faiz olmaqla Müdafiə Sənayesi Nazirliyi artırıb. Bu, fevral-dekabr ayılarının əhatə edən dövrdə faiz etibarı ilə ən çox izləyicisini artıran dövlət qurumları arasında ikinci göstəricidir. Bu müddətdə izləyicilərini faiz nisbətində ən çox artırmağa nail olmuş qurum Avtomobil Yolları Dövlət Agentliyidir.

Media Təhlil Mərkəzi “Facebook” sosial şəbəkəsində paylaşılan postların sayına görə araşdırmanı 2021-ci ilin noyabr-dekabr aylarının əhatə edən dövr üzrə aparıb. Noyabr ayında “Facebook”-da ən çox post paylaşan dövlət qurumlarının ilk beşliyində Təhsil Nazirliyi (244), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (201), Baş Prokurorluq (191), Daxili İşlər Nazirliyi (156) və Mədəniyyət Nazirliyi (132) olub. Maraqlı məqam odur ki, beşinci yeri Mədəniyyət Nazirliyi ilə eyni sayda post paylaşan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bölüşüb. Dekabr ayında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin paylaşdığı postların sayı 102 olub və ilk beşlikdən uzaqlaşıb. Dekabr ayında Təhsil Nazirliyi (256) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (235) noyabr ayı ilə müqayisədə paylaşılan postların sayını artırıbsa, ilk beşlikdə qərarlaşmış Baş Prokurorluq (163), Daxili İşlər Nazirliyi (120) və Mədəniyyət Nazirliyi (113) paylaşdığı postların sayını azaldıb.



“Facebook”da paylaşılan postların sayına görə noyabr və dekabr aylarında son beşlikdə qərarlaşmış Dövlət Reklam Agentliyi, Maliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Sənayesi Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin yeri dəyişməyib. Ancaq noyabr ayı ilə müqayisədə bu qurumların paylaşdığı postların sayında azalma qeydə alınıb.

“İnstagram”a gəlincə, fevral-dekabr aylarında yalnız Müdafiə Nazirliyinin “İnstagram”da izləyicilərinin sayında 0,2 faiz azalma qeydə alınıb. Bu sosial şəbəkədə izləyicilərin ümumi sayına görə ilk beşlikdə Daxili İşlər Nazirliyi (245 952), ASAN xidmət (134 735), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (99 764), Təhsil Nazirliyi (79850) və Müdafiə Nazirliyi (79 097) yer alıb.



“İnstagram”da izləyicilərinin sayı baxımından son beşlikdə Avtomobil Yolları Dövlət Agentliyi (1374), Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi (1238), Maliyyə Nazirliyi (1176), Energetika Nazirliyi (737) və Əqli Mülkiyyət Agentliyi (189) qərarlaşıb. Bu dövrdə izləyicilərinin sayını faiz nisbətində ən çox artıraq qurum isə 8 faizlə Ədliyyə Nazirliyidir.

“İnstagram” səhifələrində paylaşılan postların sayına görə bu dövlət qurumları arasında dekabrda ilk beşlikdə Baş Prokurorluq (162), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (144), Mədəniyyət Nazirliyi (105), Müdafiə Nazirliyi (102) və Qida Təhlükəsizliyi Agentliyi (93) yer alıb. Noyabr ayında ilk beşlikdə yer almış Fövqəladə Hallar Nazirliyi (113) dekabrda 83 postla ilk beşlikdən kənarda qalıb, Qida Təhlükəsizliyi Agentliyi 93 postla ilk beşliyə daxil olub.



“İnstagram”da paylaşılan postların sayına görə dekabrda son beşlikdə Dövlət Reklam Agentliyi (16), Dövlət Təhlükəsizliyi Xidməti (12), Ədliyyə Nazirliyi (12), Mənzil İnşaatı Dövlət Agentliyi (10) və Maliyyə Nazirliyi (6) gəlir. Dekabr ayında noyabr ayı ilə müqayisədə paylaşılan postların sayına görə Ədliyyə Nazirliyinin postlarının sayı dəyişməsə də, son beşlikdəki digər qurumların paylaşdığı postların sayında azalma var. Bu sabitliyə görə noyabrda sondan ikinci pillədə qərarlaşmış Ədliyyə Nazirliyi dekabrda bir pilə yüksələrək sondan üçüncü yerə qalxıb, Mənzil İnşaatı Agentliyi isə sondan ikinci pilləyə enib.

Bu sosial şəbəkədə top onluq da diqqət çəkir.



Media Təhlil Mərkəzi fevral-dekabr ayları üzrə “Twitter” sosial şəbəkəsində səhifələri olan 25 dövlət qurumunun fəaliyyətini də təhlil edib. “Twitter”də ən geniş izləyici kütləsinə Xarici İşlər Nazirliyi (160 273) malikdir. Xarici İşlər Nazirliyini Müdafiə Nazirliyi (45831), Dövlət Təhlükəsizliyi Xidməti (22 857), ASAN Xidmət (20277) və Daxili İşlər Nazirliyi (15115) izləyir. İlk beşlikdə yer alan dövlət qurumları arasında dekabrda izləyicilərinin ümumi sayı azalan yeganə dövlət qurumu 0,6 faizlə Müdafiə Nazirliyi olub. Ümumilikdə, fevral-dekabr aylarını əhatə edən dövrdə “Twitter”də Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi istisna ilə, 23 dövlət qurumunun hamısının səhifələrinin izləyiciləri artıb.



“Twitter”də izləyicilərinin sayına görə son beşlikdə isə Maliyyə Nazirliyi (516), Ədliyyə Nazirliyi (343), Dövlət Reklam Agentliyi (53). Mənzil İnşaatı Dövlət Agentliyi (42) və Avtomobil Yolları Dövlət Agentliyi (34) yer alır.

Keçən ilin noyabr-dekabr ayları üzrə paylaşılan postların sayına baxsaq, dekabr ayında ilk yerdə 215 postla Maliyyə Nazirliyi yer alıb. Növbəti yerlərdə müvafiq olaraq Qida Təhlükəsizliyi Agentliyi (138), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (136), Mədəniyyət Nazirliyi (104) və Xarici İşlər Nazirliyi (97) gəlir. Noyabrda isə bu ardıcıllıqda Maliyyə Nazirliyi (223), Qida Təhlükəsizliyi Agentliyi (190), Fövqəladə Hallar Nazirliyi (121) Mədəniyyət Nazirliyi (119) və Daxili İşlər Nazirliyi olub.



Maraqlı məqam son beşliklə bağlıdır. “Twitter”də yer alan Maliyyə Nazirliyi noyabr və dekabrda heç bir post paylaşmayıb.

“Twitter”də izləyici sayında artım müşahidə olunan dövlət qurumlarının top 10-luğu da diqqət çəkir.



AzVision.az



Teqlər:





Xəbər lenti