Ağsuda iki uşaq anası dəm qazından ölüb

Ağsuda iki uşaq anası dəm qazından ölüb
  26 Yanvar 2022    Oxunub:706
Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
AzVision.az xəbər verir ki, hadisə ötən axşam rayonun Padar kəndində baş verib. Belə ki, kəndin sakini, 1993-cü il təvəllüdlü iki uşaq anası Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az



Teqlər: Ağsu  





Xəbər lenti