Yaşar Əliyev: "Ermənistan Qarabağda basdırdığı minlərlə mina barədə dəqiq məlumat verməyib"
O xatırladıb ki, 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində bu münaqişə həll edilib: "Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, məcburi köçkünlərin təhlükəsiz qaytarılması və münaqişədən sonrakı dövrdə dünya nizamı məsələlərinə birinci dərəcəli diqqət yetirir".
Y.Əliyev münaqişə dövründə Azərbaycanın şəhərlərinə, qəsəbə və kəndlərinə hərbi zərbələr endirmək və hücum etmək barədə əmr verənlərin hələ də cəzasız qaldğını vurğulayıb: "Əksinə, onların çoxu Ermənistanda milli qəhrəmanlar kimi şöhrətlənir, ali siyasi və hərbi vəzifələrə irəli çəkilirlər".
AzVision.az