Səyahətçilər üçün dünyanın ən qonaqpərvər yerləri açıqlanıb

Səyahətçilər üçün dünyanın ən qonaqpərvər yerləri açıqlanıb
  26 Yanvar 2022    Oxunub:993
İtaliyanın Matera şəhəri 2022-ci ildə dünyanın ən qonaqpərvər yeri seçilib. AzVision.az ​xəbər verir ki, səyahətçilər üçün ən yaxşı istiqamətlərin reytinqi ilə bağlı Booking.com siyahı hazırlayıb.
İtaliyanın qədim mağara şəhəri Matera YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş qaya yaşayış məntəqələri ilə məşhurdur. İkinci yerdə Sloveniyanın Bled şəhəri, üçüncü yerdə 2020-ci ilin qalibi Tayvanın Taydun şəhəri yer alıb. Reytinqdə həmçinin Yunanıstanın Nafplion, İspaniyanın Toledo, Braziliyanın Monti-Verdi, Belçikanın Brügge, İndoneziyanın Nusa-Lembonqan, Azor adalarının Ponta-Delqada və Vyetnamın Hoyan şəhərləri yer alıb.

Bundan əlavə, Booking.com ayrıca altı qitədə yerləşən planetin ən qonaqpərvər regionlarını da adlandırıb. Taydun (Tayvan), Tasmaniya (Avstraliya) və Yeni Şotlandiya (Kanada) ikinci ildir ki, ən yaxşı yerlər kimi seçilirlər. Sloveniyanın Qorenski regionu qalib seçilib. Bunlardan başqa, siyahıya Burqenland (Avstriya), Seyşel adaları, Kenterberi (Yeni Zelandiya), Santa-Krus (Argentina), Limon (Kosta-Rika) və La Rioxa (İspaniya) daxildir.

Qeyd edək ki, bundan əvvəl siyahıda 2022-ci ildə ən məşhur səyahət istiqamətləri müəyyən edilmişdi. Dubay ən tanınmış turizm məkanı olaraq siyahıda lider idi. İkinci yerdə London (Böyük Britaniya), üçüncü yerdə isə Kankun (Meksika) yer almışdı.

İbrahim Məmmədov
AzVision.az



Teqlər:



Xəbər lenti