Yoluxanların 90 %-i “Omikron”la əlaqəlidir" - Təyyar Eyvazov

   Yoluxanların 90 %-i “Omikron”la əlaqəlidir" -    Təyyar Eyvazov
  26 Yanvar 2022    Oxunub:917
Artıq koronavirusa yoluxanların hansı ştamla xəstələnməsi əhəmiyyətli məsələ deyil. Çünki yoluxanların 90 %-in üzərində “Omikron”la əlaqəlidir
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bir neçə həftə ərzində “Omikron” ştamı digər növləri sıxışdırıb. T.Eyvazov qeyd edib ki, hazırda "Omikron” ştamının törətdiyi yeni dalğanı müşahidə edirik:

“Yeni ştam digər növlərdən fərqli olaraq daha yoluxucu və təcrid müddəti qısa dövrlüdür. Xəstəlik yüngül keçdiyindən xəstəxanaya yatış sayı eyni qalıb. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Bu da səhiyyə yükünün nisbətən artması deməkdir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Koronavirus  



Xəbər lenti