"Xəstəliyi yüngül keçirmək üçün "buster" doza tövsiyə olunur" - İnfeksionist
Onun sözlərinə görə, "buster" dozanın qəbulu pandemiya dövrünün tələbidir:
"İki doza peyvənd olunanlar immunitet zəiflədiyindən həssas olurlar. Həmin şəxsləri də qapalı məkanlara buraxmaqla infeksiyanın daha sürətlə yayılmasına şərait yaratmış olarıq. Ona görə də müəyyən məhdudiyyətlərin tətbiqi doğru addımdır.
Bu gün ölkədə heç bir halda “vaksin yoxdur” kəlməsi işlədilmir. İstənilən şəxs istədiyi vaxt sağlamlığı imkan verdikcə müraciət edir və peyvənd olunur. “Omikron” dalğası dövründə "buster" dozanın əhəmiyyəti böyükdür. Artım tendensiyası davam edəcək. Bunun qarşısını almaq, insanların xəstəliyi yüngül keçirməsi, eləcə də xəstəxana yatışının az olması üçün üçüncü doza qətiyyətlə tövsiyə edilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


