Ölkədə koronavirusa sutkalıq yoluxma sayı 3 mini ötüb

Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 nəfər vəfat edib. 12 448 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 544, bu günə qədər isə ümumilikdə 6 094 493 test icra olunub.
AzVision.az
Teqlər: