“Qaydaları pozan mediatorlar cəzalandırılıblar” – Nadir Adilov

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan vəzifələrin, habelə mediatorun etik davranış qaydalarının pozulması halları aşkar edildiyindən, bu günə kimi İntizam Komissiyasının müvafiq rəyləri əsasında 3 mediatorun 6 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması, 8 mediatorun üzərinə töhmət intizam məsuliyyətinin tətbiq edilməsi, 7 mediatorun hərəkətlərində intizam pozuntusu aşkar edilmədiyindən, barələrində başlanılan intizam icraatlarına xitam verilməsi qərara alınıb. Hazırda daha 6 mediator barəsində intizam araşdırılması davam etdirilməkdədir.
Qanunvericiliyin və mediasiya sahəsində qəbul edilən digər normativ hüquqi aktların tələblərinə ciddi əməl olunması və vətəndaş məmnunluğunun təmin eilməsi məqsədilə Mediasiya Şurası bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar həyata keçirəcəkdir.
Vətəndaşlar mediator və mediasiya təşkilatları barədə təklif və şikayətləri [email protected] elektron poçt adresinə göndərə bilərlər.
Teqlər: Mediasiya