Ötən gün toylara görə 3 nəfər cərimələnib

Bildirilib ki, yanvarın 26-da DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib, 6 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
AzVision.az