“Azərişıq”ın əməkdaşını "tok" vurub öldürdü

“Azərişıq”ın əməkdaşını "tok" vurub öldürdü
  28 Yanvar 2022    Oxunub:1279
Salyan Rayon Prokurorluğu “Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.
Prokurorluqdan AzVision.az -a daxil olan məlumatda deyilir:

"Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır".

AzVision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti