Ölkədə virusla bağlı statistika: Daha çox qadınlar yoluxub

   Ölkədə virusla bağlı statistika:    Daha çox qadınlar yoluxub
  28 Yanvar 2022    Oxunub:804
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
AzVision.az xəbər verir ki, ölkədə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 % təşkil edir.

Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,5 %-i bu rayonun payına düşür. Sonrakı yerlərdə 13,5 %-lə Xətai, 11,8 % Yasamal, 11,6 %-lə Sabunçu, 8,4 %-lə Suraxanı, 7,9 %-lə Nərimanov, 7,7 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 5 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Belə ki, 51 faiz qadın, 49 faiz isə kişi COVID-19-a yoluxub.

AzVision.az


Teqlər: COVİD  





Xəbər lenti