Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
  28 Yanvar 2022    Oxunub:808
“Dövlət Miqrasiya Xidməti vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görür”.
Dövlət Miqrasiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.

"Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür.

Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz”, - məlumatda vurğulanır.

AzVision.az



Teqlər: DMX   Əcnəbi  



Xəbər lenti