Avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Avtobusda maskadan istifadə etməyənlər cərimələnib
  29 Yanvar 2022    Oxunub:1166
Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər cərimələnib.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai, Binəqədi, Nəsimi, Sabail, Sabunçu və Suraxanı rayonlarında polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.

"Vətəndaşlardan bir daha xahiş edirik ki, mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: Maska  





Xəbər lenti