"Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq" - AMEA

   "Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq" -    AMEA
  28 Yanvar 2022    Oxunub:2495
“Bizim təkliflərimiz əsasında yaxın gələcəkdə Qarabağ zonasında yeni astronomik stansiyanın qurulması, orada müasir robot teleskopların yerləşdirilməsi, onların rəsədxanadan idarə olunması, rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib”.
AzVision.az xəbər verir ki, bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov müasir vəziyyəti və problemləri haqqında danışan zaman bildirib.

Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq.

AzVision.az


Teqlər: AMEA   Qarabağ  





Xəbər lenti