Sabah güclü külək əsəcək

 Sabah güclü külək əsəcək
  28 Yanvar 2022    Oxunub:1153
Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında da yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

AzVision.az


Teqlər: Külək  





Xəbər lenti