Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
  28 Yanvar 2022    Oxunub:729
Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti