Füzulidə traktor minaya düşüb

   Füzulidə traktor minaya düşüb
  28 Yanvar 2022    Oxunub:703
Füzuli rayonunda traktor minaya düşüb.
Bu barədə AzVision.az - ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər: Mina  





Xəbər lenti