Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  28 Yanvar 2022    Oxunub:548
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 887 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 738 970, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 972 436 təşkil edir.

AzVision.az

Teqlər: Peyvənd  







Xəbər lenti