“Səkinə nənəni xatırlayırsınız? Ötən il qohumu tərəfindən bağlı formada saxlanıldığı üzə çıxmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyatı sosial xidmət müəssisəsinə yerləşdirilmişdi. Hələ o vaxt onun vəziyyətini davamlı diqqətdə saxlayacağımızı demişdik. Bu gün 88 yaşlı Səkinə nənəni otağında ziyarət etdik. Yaxşıdır”, - o qeyd edib.

Xatırladaq ki, hadisə ötən il Gədəbəy rayonun İvanovka kəndində baş vermişdi. Kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənova qohumları tərəfindən zəncirlənmişdi.
AzVision.az