Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 30,7 milyard dollar olub
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiyanın, 15,9 faizi Türkiyənin, 14 faizi Çinin, 5,5 faizi Almaniyanın, 4 faizi Ukraynanın, 3,8 faizi ABŞ-ın, 3,6 faizi İtaliyanın, 3,4 faizi İranın, 2,4 faizi Birləşmiş Krallığın, 2,3 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, hər biri 1,6 faiz olmaqla Braziliya və Fransanın, 1,3 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1 faizi Vyetnamın, hər biri 0,9 faiz olmaqla Polşa, Gürcüstan və İsveçrənin, hər biri 0,8 faiz olmaqla Rumıniya və Norveçin, 14,5 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxal olunan malların 66,8 faizini avtomobil, 17,4 faizini dəmir yolu, 10,6 faizini hava, 5 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. 2021-ci ilin yanvar-noyabr aylarında ölkəyə 76 min 348 ədəd minik avtomobili, 5024 ədəd yük avtomobili, 213 ədəd avtobus idxal olunub. İxracın 41,2 faizini İtaliyaya, 12,8 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4 faizini İsrailə, 3,8 faizini Xorvatiyaya, hər biri 3 faiz olmaqla Hindistan, Gürcüstan və Portuqaliyaya, 2,8 faizini İspaniyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Tunisə, 2,3 faizini Ukraynaya, 1,7 faizini Birləşmiş Krallığa, 1,6 faizini Yunanıstana, 1,5 faizini Belarusa, 1,3 faizini İsveçrəyə, hər biri 1,1 faiz olmaqla Kanada və Çexiyaya, hər biri 0,7 faiz olmaqla Çin və Tailanda, 5,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2021-ci ilin yanvar-noyabr aylarında ixracın 85,2 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 7,7 faizini avtomobil, 5 faizini dəmir yolu, 1,4 faizini hava, 0,7 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.
İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.
AzVision.az
Teqlər: Ticarət