Hərbi vəzifəlilərlə keçirilən təlim başa çatıb
Toplanışa cəlb olunan hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan praktiki atəş çalışmalarını yerinə yetiriblər.
İştirakçılara hücum və müdafiə döyüşlərinin əsasları, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə əməliyyatların aparılması üsulları öyrədilib. Tank bölmələri ilə birgə şərti düşmən mövqelərinin ələ keçirilməsi və ərazidə yenidən tərtiblənmə üzrə tapşırıqları yerinə yetiriblər.
Təlim-məşqlərin senarisinə uyğun olaraq yaşayış məntəqələrində axtarış və aşkar olunan kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqları da icra olunub.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Toplanış konsert proqramı ilə başa çatıb.
AzVision.az
Teqlər: