Qarabağda dövlət qurumlarının yaradılması barədə təkliflər hazırlanacaq

   Qarabağda dövlət qurumlarının yaradılması barədə təkliflər hazırlanacaq
  29 Yanvar 2022    Oxunub:984
İşğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərəcək qurumların yaradılması və maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflər hazırlanacaq.
AzVision.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə imzaladığı sərəncamda əksini tapıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflər 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməlidir.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti