Annanın öhdəlikləri Nalbandyana tapşırıldı

Annanın öhdəlikləri Nalbandyana tapşırıldı
  03 Aprel 2013    Oxunub:1264
İran Ermənistanı Suriyada terrorla mübarizəyə çağırıb.
İranın xarici işlər naziri Əli Əkbər Salehi erməni həmkarı Edvard Nalbandyana məktubla müraciət edərək bir müddət əvvəl “terrorçuların Suriya xalqına qarşı kimyəvi silahdan istifadə etməsini pisləməyə çağırıb”.

Salehinin məktubu Nalbandyana İranın Ermənistandakı səfiri Məhəmməd Rəisinin vasitəsilə çatdırılıb. Məktubda deyilir:

“Belə bir silahın əsas qurbanlarından biri olan İran İslam Respublikası Ermənistanı gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlindən gələni etməyə, terrora qarşı mübarizəyə çağırır ”.

Qəribədir deyilmi. Kİmyəvi silah istehsal etdiyi bildirilən bir ölkə terrorçu bir ölkəni kimyəvi silahla, terrorla mübarizəyə çağırır... Azərbaycanlılara qarşı törətdikləri göz qabağında olan Ermənistan Suriyada terrora qarşı çıxış edə bilərmi? -Niyə də yox. Gözdən pərdə asmağa alışmış Ermənistan çox güman ki, bu dəfə də əlinə düşən bu fürsətdən istifadə edərək özünü beynəlxalq ictimaiyyətə terrora qarşı çıxan bir ölkə kimi təqdim edəcək. Bəs görəsən, Kofi Annanın (BMT-nin Suriya üzrə keçmiç xüsusi təmsilçisi) bacara bilmədiyini Nalbandyan bacara biləcəkmi?

Qeyd edək ki, Suriya Hələb şəhərində kimyəvi silahdan istifadə ilə bağlı müstəqil araşdırmalar aparılması ilə əlaqədar müraciət edib. Suriya hökuməti xalqına qarşı törədilən zorakılıqlara görə muzdlu cinayətkarları, sabotajçılar və silahlı terrorçu qruplaşmaları günahlandırır və ölkədə qarmaqarışıqlığın müəyyən xarici ölkələr tərəfindən təşkil olunduğunu iddia edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti