Vergi və gömrük sahəsində güzəştlərə dair təkliflər hazırlanacaq

Vergi və gömrük sahəsində güzəştlərə dair təkliflər hazırlanacaq
  29 Yanvar 2022    Oxunub:873
Dövlət orqanları vergi və gömrük sahəsində güzəştlərə dair təkliflər hazırlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında qeyd edilib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları vergi və gömrük sahəsində güzəştlərə dair təkliflərini və onların qiymətləndirilməsi üçün zəruri məlumatları vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

AzVision.az


Teqlər: Vergi   Gömrük  





Xəbər lenti