Ötən il 4455 nəfər müalicə mərkəzlərinə göndərilib

Ötən il 4455 nəfər müalicə mərkəzlərinə göndərilib
  29 Yanvar 2022    Oxunub:1114
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci ildə 4455 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, onlar şəhid ailələri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olub.

Həmin şəxslər Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçiblər.

AzVision.az


Teqlər: Müalicə  





Xəbər lenti